Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qətər hava məkanını açdı

Qətər hava məkanını açdı


Qətərin hava məkanı məhdud sayda sərnişin təyyarəsi üçün növbəti səkkiz saat ərzində qismən yenidən açılıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkə üzərindən hava hərəkətindən məsul olan Doha Uçuş Məlumat Bölgəsindəki mənbə bildirib.

Qeyd edilib ki, doqquz gündən sonra ilk dəfə olaraq, Dohadan Moskvaya sərnişin təyyarəsi yola düşüb. Agentliyin mənbəsi qeyd edib ki, təyyarənin növbəti saat ərzində Qətərə qayıtması gözlənilir.

Qeyd edək ki, ABŞ-İsrail İrana qarşı hərbi əməliyyatının başlamasından sonra əmirliyin hava məkanı 28 fevral tarixindən etibarən bağlıdır.

Anar
Xəbəri paylaş