Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu idarəçilik, çoxşaxəli fəaliyyət və əldə olunan müsbət nəticələr

Uğurlu idarəçilik, çoxşaxəli fəaliyyət və əldə olunan müsbət nəticələr


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqlarının həyatında yeni mərhələ

Uğurlu seçim, düzgün idarəçilik, müasir dövrün tələblərinə uyğun fəaliyyət və yeni yanaşmalar son illərdə Azərbaycan Həmkralar İttifaqları Konfederasiyasında (AHİK) müşahdiə edilən müsbət tendensiyalardandır. Məhz bu sadaladığımız amillər cəmiyyətdə AHİK-ə olan münasibət və yanaşmanın kökündən dəyişməsinə səbəb olub. Əgər son bir neçə ilə qədər AHİK dedikdə insanların ağlına yalnız istirahətə getmək üçün “putyovka” verən qurum deyə bir təşkilat gəlirdisə, indi Həmkarlar İttifaqları Konfederasiyası dedikdə insanların əmək hüquqlarının daha etibarlı şəkildə qorunması, konfederasiyada təmsil olunan təşkilat və onların üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, yeni, kreativ və nəticəyə əsaslanan layihələrin reallaşdırılması, AHİK üzvlərinin asudə vaxtının səmərəli təşkili, parallel olaraq onların bilik və bacarıqlarının artırılması kimi fəaliyyətlər gözə gəlir. Təkcə AHİK deyil, eləcə də onun üzv təşkilatları da artıq bir neçə ildir ki, fəaliyyətlərini məhz bu strategiya əsasında qurublar. Necə ki, son bir neçə ildə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları, onun Bakı Şəhər Komitəsində də eyni fəaliyyət istiqamətlərini müşahidə ediirk. Bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, əvvəllər AHİK xətti ilə məhdud sayda istirahət mərkəzlərinə göndərişlər verilirdisə, artıq bir neçə ildir ki, respublikanın istənilən bölgəsində mövcud olan istirahətlər mərkəzlərinə onlayn müraciət əsasında, heç bir kənar dəstək və ya müdaxilə olmadan göndəriş əldə etmək mükündür. Bu da təbii ki, AHİK üzvü olan hər bir təşkilat və fərd tərəfindən məmnunluqla qarşılanır.

Bu bir danılmaz faktdır ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, tarixi yaddaşının və milli kimliyinin əsas dayaqlarından biridir. Onu qorumaq, mühafizə etmək, gələcək nəsillərə çatdırmaq da bu sahədə çalışan insanların müqəddəs borcudur. Bu baxımdan deyə bilərik ki, xalqın zəngin mənəvi irsinin, mədəni müxtəlifliyinin qorunması, inkişaf etdirilməsi və bu irsin gələcək nəsillərə ötürülməsi mədəniyyət sahəsində çalışan insanların böyük zəhməti hesabına başa gəlir. Bu fəaliyyətlərin daha səmərəli və nəticəli olması üçünsə heç şübhəsiz ki, mədəniyyət sahəsində çalışanların hüquqlarının müdafiəsi, onların sosial rifah halının yaxşılaşdırılması, eləcə də əmək şəraitinin daha da təkmilləşdirilməsi vacib amillərdən biridir. Bütün bu fəaliyyətləri isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları özündə cəmləşdirir və bunlar həmkarlar ittifaqlarının mühüm fəaliyyət istiqamətlərindən biridir.

Mədəniyyət hər bir xalqın mənəvi sərvətinin, tarixi yaddaşının və milli kimliyinin ən mühüm göstəricilərindən biridir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi isə mədəniyyət sahəsində çalışan insanların fədakar fəaliyyəti sayəsində mümkün olur. Məhz bu səbəbdən mədəniyyət işçilərinin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və əmək şəraitinin təkmilləşdirilməsi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə mühüm rol oynayan qurumlardan biri də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və onun Bakı Şəhər Komitəsidir.

Mübaliğəsiz şəkildə deyə bilərik ki, son illər bu təşkilatın fəaliyyətində yeni və dinamik bir mərhələ müşahidə olunur. Həmkarlar ittifaqının fəaliyyətinin genişlənməsi, həyata keçirilən sosial layihələrin artması və mədəniyyət işçilərinin problemlərinin həllində daha fəal iştirak edilməsi təşkilatın inkişafını aydın şəkildə göstərir. Onu da qeyd etmək yerinə düşər ki, əldə olunan bu uğurların əsas səbəblərindən biri təşkilatın rəhbərliyinin məqsədyönlü və səmərəli fəaliyyətidir.

Son illərdə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, irəli sürülən bir-birindən maraqlı təşəbbüslər, mədəniyyət işçilərinin həm asudə vaxtının səmərəli təşkili, həm də onların hüquqlarının ən yüksək səviyyədə qorunmasına yönəlik addımlar, eyni zamanda düzgün idarəçilik həmkarlar ittifaqının mədəniyyət profili üzrə fəaliyyəti daha da gücləndirib, təşkilatın nüfuzu artıb. Ən əsası müntəzəm olaraq həyata keçirilən bu kimi tədbirlər nəticəsində mədəniyyət işçiləri ilə iş daha sistemli şəkildə qurulub.

Həyata keçirilən tədbirlər mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ şəkildə həllinə və əmək şəraitinin yaxşılaşdırılmasında da öz müsbət təsirini göstərir. Təkcə son bir neçə ay ərzində keçirilən tədbirlərə diqqət etsək görərik ki, Həmkarlar İttifaqı tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Ehtiyac yarandığı təqdirdə maddi yardımların göstərilməsi, sağlamlıq və istirahət proqramlarının təşkili, sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin verilməsi bu istiqamətdə görülən işlər sırasındadır. Həyata keçirilən bu kimi tədbirlər təkcə mədəniyyət işçilərinin sosial təminatını yaxşılaşdırmır, eyni zamanda onlarda stimul yaradır, əməyə motivasiyasını da gücləndirir.

Mədəniyyət işçilərinin asudə vaxtının səmərəli təşkili, bayram günlərində onlar üçün kütləvi mədəni tədbirlərin keçirilməsi də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində xüsusi yer tutur. Belə ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə qadınlar bayram münasibətilə təbrik olunub, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabat filmi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının gördüyü işlər barədə video təqdimat nümayiş olunub. Bədii hissədə isə gender bərabərliyi mövzusunda maraqlı tamaşa, rəqs və musiqi nömrələri təqdim olunub.

Mədəniyyət işçilərinin sosial rifahının yüksəldilməsi həmkarlar ittifaqlarının prioritet məsələlərindən biridir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları və onun Bakı Şəhər Komitəsi bu prioriteti fəaliyyətində başlıca meyar olaraq müəyyənləşdirib. Elə bunun nəticəsidir ki, qeyd edilən istiqamətdə müxtəlif sosial layihələr həyata keçirilir, üzvlərə maddi və mənəvi dəstək göstərilir. Apardığımız müşahidələr əsasında deyə bilərik ki, bu müsbət tendensiyadan yararlananların sayı və əhatə dairəsi geniuşlənməkdədir. Mədəniyyət işçiləri bu müsbət dinamikada həm ümumilikdə AHİK-in, həm də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin əməyi, uğurlu iş mexanizmini xüusi qeyd edirlər.

Müxtəlif səbəblərdən sosial yardıma ehtiyacı olan işçilərə maddi yardım göstərilməsi, onların sağlamlığının qorunması məqsədilə sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin təşkili, həmçinin bayram və əlamətdar günlər münasibətilə müxtəlif tədbirlərin keçirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Bu tədbirlər mədəniyyət işçilərinin sosial təminatını yaxşılaşdırmaqla yanaşı, kollektivlərdə həmrəylik və birlik ruhunu da möhkəmləndirir.

Mədəniyyət işçilərinin peşəkar inkişafı da diqqət mərkəzində saxlanılır. Müxtəlif seminarlar, təlimlər və görüşlər təşkil olunaraq mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılmasına dəstək verilir. Bu cür tədbirlər işçilərin yeni biliklər əldə etməsinə, təcrübə mübadiləsi aparmasına və müasir mədəniyyət idarəçiliyi prinsiplərini mənimsəməsinə imkan yaradır.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş