Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1000-dən çox özbək Amerikadan deportasiya edilib

1000-dən çox özbək Amerikadan deportasiya edilib


Prezident Donald Tramp vəzifəyə başlayandan bəri ABŞ 1000-dən çox Özbəkistan vətəndaşını deportasiya edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistandakı ABŞ səfirliyi məlumat verib.

Məlumata görə, martın 11-də Özbəkistana daha bir deportasiya uçuşu həyata keçirilib və ölkədə qalmaq üçün qanuni əsası olmayan 72 vətəndaş geri qaytarılıb.

Səfirliyin məlumatına görə, bu uçuş ABŞ-ın sərhəd təhlükəsizliyini təmin etmək və qanunsuz immiqrasiya ilə mübarizə aparmaq üçün gördüyü növbəti tədbirlərdən biri olub.

ABŞ-a qanunsuz daxil olan şəxslərin həbs və deportasiya cəzasına məruz qala biləcəyi bildirilib. Səfirlik həmçinin qeyd edib ki, deportasiya tədbirlərinin həyata keçirilməsində Özbəkistan hökuməti ilə sıx əməkdaşlıq edir.

Süleyman
Xəbəri paylaş