Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlər prezident qarşısında and içdi

Nazirlər prezident qarşısında and içdi


Qırğızıstanda Nazirlər Kabinetinin bir sıra üzvləri Joqorku Keneşin iclasında and içiblər.

Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, andiçmə mərasimində prezident Sadır Japarov və Joqorku Keneşin deputatları da iştirak edib.

Nazirlər Kabineti sədrinin müavini – Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi naziri Erlist Akunbekov, Əmək, Sosial Təminat və Miqrasiya naziri Kanat Saqınbayev, Elm, Ali Təhsil və İnnovasiya naziri Gülzat İsamatova, Nəqliyyat və Rabitə naziri Talantbek Soltobayev, Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət naziri Akıl Toktobayev, Səhiyyə naziri Damirbek Osmonov, Fövqəladə Hallar naziri Kanatbek Çınıbayev və Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Cumqalbek Şabdanbekov and içərək dövlətə sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Daha sonra Prezident Sadır Japarov Joqorku Keneşin deputatları qarşısında çıxış edib.

Anar
Xəbəri paylaş