
Özbəkistan Nəqliyyat Nazirliyi yerli və xarici aviaşirkətlərə 10 martdan etibarən Səudiyyə Ərəbistanı və BƏƏ-yə müntəzəm uçuşları bərpa etməyə icazə verib.
Newscenter.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra 28 fevraldan etibarən Özbəkistan hökuməti bu region ölkələrinə müntəzəm uçuşları müvəqqəti olaraq dayandırıb. Bundan sonra Nəqliyyat Nazirliyi yerli və xarici aviaşirkətlərlə əməkdaşlıq edərək hava məkanı bağlı olan ölkələrdən həmvətənlərimizin təxliyəsi üçün uçuşlar təşkil edib.
“Nəqliyyat Nazirliyi elan edir ki, 10 mart 2026-cı il tarixindən etibarən Özbəkistan ərazisindən Səudiyyə Ərəbistanı Krallığına və BƏƏ-yə ikitərəfli sərnişin daşınmasına - həm ixraca, həm də idxala icazə veriləcək. Eyni zamanda, sərnişin kateqoriyalarına və vətəndaşlığa qoyulan məhdudiyyətlər aradan qaldırılacaq”, - deyə məlumatda bildirilir.
Aviaşirkətlər də həmçinin Səudiyyə Ərəbistanı və BƏƏ-yə müntəzəm uçuşların bərpa olunduğunu bildirirlər.
14 martdan etibarən Centrum Air Daşkənd - Dubay - Daşkənd marşrutu üzrə müntəzəm uçuşları bərpa edəcək.
Anar













































