Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lukaşenko Ukrayna və NATO-nu hədələdi

Lukaşenko Ukrayna və NATO-nu hədələdi


Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna və NATO-ya xəbərdarlıq edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Lukaşenko hər iki tərəfin Belarusa müdaxilə edəcəyi təqdirdə Minskin "Oreşnik" raket sistemindən istifadə edə biləcəyini deyib.

"Mən demirəm ki, sabah Vilnüsə, Varşavaya və ya Kiyevə bu "Oreşnik" raketini atacağıq. Allah eləməsin. Bu, bizim işimiz deyil. Ölkəmizi qorumalıyıq. "Oreşnik"in partlamasının qarşısını almaq üçün bizi narahat etməyin. Gəlin bu məsələləri insani şəkildə həll edək",-deyə Belarus prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, o, heç bir ölkəni və ya təşkilatı təhdid etmir.

Anar
Xəbəri paylaş