Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağıllı diplomatiya fəlakətin qarşısını aldı

Ağıllı diplomatiya fəlakətin qarşısını aldı



"Raket zərbələri əvəzinə diplomatiya. Gözlənilməz vasitəçi olan Pakistan üçüncü bir arqument irəli sürür. Ağıllı diplomatiya fəlakətin qarşısını aldı. Baş nazir Şəhbaz Şərif və feldmarşal Asim Munir (Trampın “çox sevdiyi” şəxs) həm Vaşinqtona, həm də Tehrana gedən unikal kanallarından istifadə etdilər. Mətndə qeyd edildiyi kimi, Munirin həm ABŞ, həm də İranın İİKK ilə əlaqələri var. Bu onu ideal vasitəçi edir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Əlimusa İbrahimov ABŞ-İran razılşamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Pakistanın arqumenti budur ki, iki həftəlik fasilə və ardınca hərtərəfli danışıqlar Hürmüz boğazını bağlayacaq, neft qiymətlərini fırladacaq və Körfəz monarxiyalarını cəlb edəcək geniş regional müharibənin qarşısını almağın yeganə yoludur:

"Pakistan İranı boğazı dərhal (heç olmasa müvəqqəti) açmağa inandırmaqla Trampa üzüağ çıxış yolu, İrana isə danışıqlar masasında yer verdi".

Anar
Xəbəri paylaş