
"Azərbaycanın yürütdüyü xarici siyasətin çoxvektorlu olması onu dünya arenasında həm siyasi, həm də iqtisadi baxımdan vacib və əvəzedilməz aktora çevirib. Davam edən müharibələr fonunda Avropa ölkələrinin enerji daşıyıcılarına olan tələbatının ödəninilməsi təhlükə altına düşüb".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan həmışə Avropa ölkələrinin enerji
təhlükəsizliyində mühüm rol oynayıb:
"İndiki həssas məqamda isə bu, xüsusilə mühüm xarakter alıb. Avropa liderlərinin bir-birinin ardınca Azərbaycana səfərləri də onu göstərir ki, Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycanın öz sözünün arxasında durduğunu bilirlər. Ona görə də çalışırlar ki, Azərbaycan onların enerji təminatını artırsın. Təbii ki, Azərbaycan mümkün olduğu qədər bu işdə Avropaya dəstək olur və olacaq. Aİ da öz siyasətini Azərbaycana qarşı olan qüvvələrin təsir dairəsindən çıxmaq üzərində qurmalıdır".
Süleyman










































