Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixiatriya baxımından qadınlar daha güclü cinsdir

Psixiatriya baxımından qadınlar daha güclü cinsdir


Dünyada təxminən 1,2 milyard insan ruhi xəstəliklərdən əziyyət çəkir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Patris Lumumba adına Tibb İnstitutunun Psixiatriya, Psixoterapiya və Psixosomatik Patologiya kafedrasının müdiri Vladimir Medvedev deyib. O bildirib ki, qadınlar zehni cəhətdən daha davamlıdırlar:

"Psixiatrik baxımdan qadınlar daha güclü cinsdir. Lakin onlar həm də kişilərə nisbətən daha çox psixiatrik yardım alırlar. Çünki onlar öz sağlamlıqlarına, o cümlədən zehni sağlamlıqlarına daha yaxşı qayğı göstərirlər və psixiatriya tərəfindən daha az damğalanırlar. Bu, onların zəif olmaları ilə bağlı deyil, mütəxəssislərimizdən kömək istəməkdə daha dözümlü və cəsarətli olmaları ilə bağlıdır".

Arzu
Xəbəri paylaş