
Rusiya Ermənistana etiraz notası göndərib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib. XİN rəsmisi deyib ki, buna səbəb Ermənistandakı Böyük Vətən Müharibəsi Qəhrəmanlarının abidəsinin təhqir edilməsi olub:
"Moskva Gümrüdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının abidəsinin təhqir edilməsi ilə bağlı Yerevana etiraz notası göndərib. Bu küfr aktı sadəcə xuliqanlıq deyil, ölkələrimizin ortaq tarixi yaddaşına qarşı yönəlmiş hücum və Böyük Qələbəni təhqir etmək cəhdidir. Əlbəttə ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik".
Süleyman












































