
Qırğızıstan-Albaniya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı Birgə Bəyanat imzalanıb.
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, sənədə bu ölkənin prezidenti Sadir Japarov və Qırğızıstanda rəsmi səfərdə olan Albaniya prezidenti Bayram Beqai imza atıb.
İki dövlət başçısının görüşündə ikitərəfli və çoxtərəfli əməkdaşlığın geniş aktual məsələləri, eləcə də gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.
Sadır Japarov Bayram Beqainin ilk rəsmi səfərinin iki ölkə üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb və bu günün Qırğızıstan-Albaniya münasibətlərində yeni bir səhifə açacağına əminliyini bildirib.
O, coğrafi məsafəyə baxmayaraq, iki xalqı İslam dini, ortaq mənəvi dəyərlər və zəngin tarixi və mədəni irs birləşdirdiyini qeyd edib.
Prezident Sadır Japarov Albaniyanı Avropadakı vacib tərəfdaşlardan biri hesab etdiyini vurğulayıb və ölkəyə Avropa İttifaqına qoşulmaq yolunda uğurlar arzulayıb.
Süleyman












































