
Qazazxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Monteneqro Prezidenti Yakov Milatoviç bu ölkəyə rəsmi səfərə gəlir.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, səfər 18-20 iyun tarixlərini əhatə edəcək.
19 iyun tarixində tərəflər yüksək səviyyəli danışıqlar aparacaq və siyasi dialoqun, eləcə də ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Tokayev və Milatoviç 2025-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşmüşdülər. O zaman Tokayev Qazaxıstanın Monteneqronu Balkanlarda mühüm tərəfdaş hesab etdiyini bildirmişdi.
Səfər zamanı iki ölkə diplomatik münasibətlərin 20 illiyinin qeyd ediləcəyi də nəzərdə tutulur.
Süleyman












































