Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda vitse-prezident institutu formalaşacaq

Qazaxıstanda vitse-prezident institutu formalaşacaq


Qazaxıstanda yaxın vaxtlarda yeni vitse-prezidentlər təyin olunacaq və bununla da vitse-prezidentlik institutu formlaşacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkənin ədliyyə naziri Yerlan Sarsembayev deyib. Nazir deyib ki, ölkənin yeni Konstitusiyası 1 iyulda qüvvəyə minəcək.

"Konstitusiyamız qüvvəyə mindikdən sonra bir sıra yeni şəxslər təyin olunacaq. Daha sonra Kurultaya seçkilər elan ediləcək. Sentyabr ayında yeni seçilmiş Kurultayın siyahısını görəcəyik. Vitse-prezident isə Kurultayın razılığı ilə təyin olunacaq. Bununla bağlı sentyabr ayında dəqiq qərar veriləcək",- deyə Sarsembayev bildirib.

Şeyda
Xəbəri paylaş