Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə fəhlələri daşıyan avtobus aşdı, ölü və yaralılar var

Türkiyədə fəhlələri daşıyan avtobus aşdı, ölü və yaralılar var


Türkiyədə avtobus qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmirdə qeydə alınıb. Məlumata görə, İzmirdə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralamıb.

Yerli polisin m\lumatına görə, hadisə İzmirin Kiraz rayonunda baş verib. Əli Gezginerin idarə etdiyi və mövsümi kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Değirmendere ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Məlumatdan sonra hadisə yerinə səhiyyə, yanğınsöndürmə və jandarma qrupları göndərilib.

Yaralı sürücü və 10 işçi Kiraz və Ödəmişdəki dövlət xəstəxanalarına aparılıb.

Aygün
Xəbəri paylaş