
Ermənistan Avrasiya İqtisadi Birliyinin (EAEU) üzvüdür və təşkilatın qaydaları Trampın Beynəlxalq Sülh və Rifah üçün Marşrutu (TRIPP) layihəsinə də şamil ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib. O deyib ki, hazırda Ermənistan AİB-in üzvüdür və bu ərazidə AİB-in tranzit qaydaları tətbiq olunur.
Nazir müavini Rusiyanın layihədə mümkün iştirakı ilə bağlı sualı cavablandırmaqdan isə imtina edərək, fərziyyə irəli sürmək istəmədiyini deyib:
"Hazırda TRIPP Ermənistan və ABŞ tərəfindən həyata keçirilir. Saziş imzalanıb və hazırda icra mərhələsindədir. Gələcəklə bağlı hər hansı bir fərziyyə irəli sürmək və ya açıqlama vermək istəməzdim".
Süleyman











































