Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Qətərdəki 6 milyard dollarlıq aktivlərinə çıxış əldə edə bilməyib

İran Qətərdəki 6 milyard dollarlıq aktivlərinə çıxış əldə edə bilməyib


Qətərdə dondurulmuş İran aktivləri hələ də aktivləşdirilməyib və Tehrana qaytarılmayıb.

Newscenter.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti ABŞ rəsmisinə istinadən qeyd edib.

Mənbə nəşrə bildirib ki, dondurulmuş aktivlər azad edilməyib və İran anlaşma memorandumunun şərtlərinə əməl edənə qədər dondurulmuş aktivlər də azad edilməyəcək.

Onun məlumatına görə, İran aktivlərinin birdəfəlik köçürülməsini istəyirdi, lakin Vaşinqton əsas məsələlər üzrə danışıqlarda irəliləyiş əldə olunduqca bu məbləği bölməyə və mərhələlərlə birbaşa İrana humanitar yardım tədarükçülərinə paylamağa üstünlük verir.

Aygün
Xəbəri paylaş