Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin Rusiyadakı səfirliyində yanğın olub

İsrailin Rusiyadakı səfirliyində yanğın olub


İsrailin Rusiyadakı səfirliyində yanğın olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, yanğın səfirliyin konsulluq bölməsində baş verib.

Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb.

Yanğın İsrail səfirliyinin konsulluq şöbəsinin ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsində olub. Müvafiq xidmətlərin çevik hərəkətləri sayəsində yanğın tez bir zamanda söndürülüb. Xəsarət alan olmayıb.

Lakin, texniki işlərin aparılması zərurəti səbəbindən konsulluq şöbəsi yaxın günlərdə ziyarətçiləri qəbul edə bilməyəcək.

Aygün
Xəbəri paylaş