Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə toyda kütləvi zəhərlənmə olub

Türkiyədə toyda kütləvi zəhərlənmə olub


Türkiyədə toyda kütləvi zəhərlənmə olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çorum vilayətəində qeydə alınıb. Məlumata görə, təxminən 50 nəfər toy salonunda verilən yeməkdən zəhərlənmə şübhəsi ilə tibbi yardıma müraciət edib.

Belə ki, toy mərasimində iştirak edən bir çox qonaq verilən yeməyi yedikdən sonra özünü yaxşı hiss etməyib.

Ürəkbulanma, qusma və qarın ağrısı kimi simptomları ilə üzləşən qonaqlar xəstəxanalara müraciət ediblər. Bəziləri hadisə yerinə göndərilən təcili yardım maşınları, bəziləri isə öz vasitələri ilə xəstəxanalara aparılıb.

Müalicə alan 50 nəfərin ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Aygün
Xəbəri paylaş