
Qırğızıstanda sərnişin təyyarəsi qəza enişi edib.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, hadisə Bişkek Hava Limanında baş verib. Belə ki, Manas regional mərkəzindən paytaxta uçan TezJet təyyarəsi Bişkek hava limanında sərt eniş edib.
Hadisə yerində müxtəlif xidmətlərin nümayəndələri işləyir. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Enişdən sonra təyyarə yan tərəfə yuvarlanıb və sərnişinlər şişmə sürüşmə yolu ilə təxliyə edilib. Yanğınsöndürənlər və təcili yardım maşınları dərhal hadisə yerinə cəlb olunub.
Arzu












































