
Altı ədəd ABŞ hərbi təyyarəsi və bir pilotsuz təyyarə Fars körfəzi üzərində uçuş edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Yaxın Şərq hava nəqliyyatının idarə olunmasındakı mənbə bildirib.
Agentliyin mənbəsi qeyd edib ki, hazırda Fars körfəzinin neytral suları üzərində ən azı altı ağır ABŞ hərbi təyyarəsi dövrə vurur, onlardan üçü İran hava məkanının sərhədinə yaxındır.
O qeyd edib ki, bunlar Boeing KC-135R Stratotanker və Boeing KC-46A Pegasus hərbi nəqliyyat və yanacaqdoldurma təyyarələridir. Təyyarələr mülki uçuşlar üçün nəzərdə tutulmuş dəhlizlər də daxil olmaqla 8 km-ə qədər yüksəklikdə uçur.
Arzu













































