
Qazaxıstanın magistral yollarında "ağıllı" kameralar sınaqdan keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə KazAvtoJol məlumat verib.
Bildirilib ki, "KazAvtoJol" milli şirkətinin yol sektorunun rəqəmsallaşdırılması çərçivəsində təqdim etdiyi süni intellekt elementləri olan yeni video analitika sistemidir.
Sistemin əsas xüsusiyyəti onun müstəqil işləməsidir. Yəni, cihazlar hətta ənənəvi infrastrukturun olmadığı ucqar yol hissələrində də işləyə bilər. Bunun üçün kameralar günəş panelləri və külək generatorları ilə təchiz olunub.
KazAvtoJol bildirir ki, cihazlar günəş və küləklə işləyir, yoldakı vəziyyəti real vaxt rejimində izləyir və məlumatları müvafiq xidmətlərə ötürür.
Süni intellekt yolda potensial təhlükəli vəziyyətləri müəyyən etməyə imkan verir.
Süleyman












































