Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan təyyarəsi radarlardan itib

Pakistan təyyarəsi radarlardan itib



Birləşmiş Ərəb Əmirliklərindən Karaçiyə uçan özəl Pakistan aviaşirkəti K2 Airways-ə məxsus Boeing 737 yük təyyarəsi radarlardan itib.

Newscenter.az xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb.

Məlumata görə, təyyarə hava nəqliyyatının idarə edilməsi ilə əlaqəni itirib və Ərəb dənizi üzərində radarlardan itib.

Departamentin məlumatına görə, pilot naviqasiya sistemində problem olduğunu bildirdikdən sonra hava gəmisi ilə radar əlaqəsi Karaçidən təxminən 155 dəniz mili qərbdə itib. Təyyarədə beş heyət üzvü olub. Axtarış-xilasetmə əməliyyatı başlayıb.

Pakistan Hava Limanları İdarəsinin (PAA) verdiyi açıqlamaya görə, radar təyyarənin sürətli enişini və kursunda qəfil dəyişiklik aşkar edib. Bundan sonra əlaqə kəsilib.

Arzu
Xəbəri paylaş