Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan aviasiya qəzalarının araşdırılması sahəsində ICAO ilə əməkdaşlığı gücləndirəcək

Qazaxıstan aviasiya qəzalarının araşdırılması sahəsində ICAO ilə əməkdaşlığı gücləndirəcək


Qazaxıstan aviasiya qəzaları və insidentlərinin araşdırılması sahəsində ICAO ilə əməkdaşlığı gücləndirir.

Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin verdiyi məlumata görə, Kanadanın Monreal şəhərində Qazaxıstan nümayəndə heyətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı ICAO-nun Baş katibi vəzifəsini icra edən, ICAO Hava Nəqliyyatı Bürosunun direktoru Məhəmməd Rəhma ilə görüşü keçirilib.

Görüş zamanı Qazaxıstan nümayəndə heyəti yeni yaradılmış Mərkəzin fəaliyyətini və gələcək inkişaf planlarını təqdim edib.

Görüşdən sonra Mərkəz və ICAO arasında Qazaxıstanda aviasiya qəzaları və insidentlərini araşdırmaq üçün yeni qurumun institusional potensialını gücləndirməyə yönəlmiş müqavilə imzalanıb.

Arzu
Xəbəri paylaş