
Qırğızıstanda təxminən üç-dörd həftəlik Aİ-92 benzin ehtiyatı qalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hakimiyyət orqanları hazırda çatışmazlıqların qarşısını almaq üçün Belarus, Qazaxıstan və Çinlə yanacaq təchizatı danışıqları aparır.
Bu arada Qırğızıstan Nazirlər Kabineti Aİ-95 benzininin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsindən imtina etmək qərarına gəlib.
Sənəddə deyilir ki, Qırğızıstan Respublikasının daxili bazarında müvəqqəti dövlət qiymət tənzimlənməsi tətbiq edilə bilən sosial əhəmiyyətli malların siyahısında: - 13-cü bənddə "AI-95" sözləri çıxarılıb.
Həmçinin, sənədə görə, Qırğızıstan hakimiyyəti yanacaq və sürtkü yağları üçün maksimum pərakəndə satış qiymətlərinin müəyyən edilməsi qaydasını ləğv edib.
Süleyman













































