Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 gündür itkin düşən məktəblidən xəbər yoxdur

3 gündür itkin düşən məktəblidən xəbər yoxdur


3 gündür itkin düşən Sumqayıt şəhəri, Corat qəsəbə sakini Kərimli Aysu Elsevər qızından heç bir xəbər yoxdur.

Yaxınlarının Newscenter.az-a verdiyi məlumata görə, 15 yaşlı Aysu Kərimli əqli cəhətdən qüsurludur və o, fiziki qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisəsində təhsil alır.

Aysu bir neçə gün əvvəl evdən çıxıb, bir daha geri qayıtmayıb. Onu görən və ya harada olması barədə hər hansı məlumatı olan şəxslərdən xahiş olunur ki, 055 552 32 56 nömrəsi ilə əlaqə saxlasınlar və ya dərhal polisə məlumat versinlər.

Arzu
Xəbəri paylaş