Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ işçi vizası fırıldaqçılığı ilə bağlı araşdırmaya başlayıb

ABŞ işçi vizası fırıldaqçılığı ilə bağlı araşdırmaya başlayıb


ABŞ hakimiyyəti yüksək ixtisaslı xarici işçilər üçün H-1B vizaları ilə bağlı fırıldaqçılıq əməllərinin araşdırmasını aparır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.

"Bu gün məmnuniyyətlə elan edirəm ki, Əmək Departamenti H-1B viza proqramından sui-istifadə etməyə çalışan xarici vətəndaşlara qarşı onlarla araşdırma açıb və onlarla məhkəmə çağırışı göndərib", - deyə o, Viskonsin ştatının Miluoki şəhərində tərəfdarları ilə görüşdə bildirib.

Qeyd edək ki, 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp şirkətlərə digər ölkələrdən yüksək ixtisaslı mütəxəssisləri işə götürməyə imkan verən bu kateqoriyalı vizalar üçün qaydalarda dəyişiklik edən sərəncam imzaladı. Şirkətlər artıq bu fürsətdən yararlanmaq üçün 100.000 dollar rüsum ödəməli olacaqlar. Bir çox texnologiya və maliyyə şirkətləri, eləcə də universitetlər və xəstəxanalar xarici mütəxəssislərə güvənir.

Arzu
Xəbəri paylaş