Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Azərbaycan da daxil olmaqla 12 ölkədən 54 nəfəri ekstradisiya edib

Türkiyə Azərbaycan da daxil olmaqla 12 ölkədən 54 nəfəri ekstradisiya edib




Türkiyəyə 54 nəfər ekstradisiya olunub, onlardan 29-u "qırmızı bülleten", 25-i isə milli səviyyədə axtarışda olub.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, həmin şəxslərin 38-i Gürcüstanda, 5-i Almaniyada, 2-si Azərbaycanda, həmçinin Bolqarıstan, Avstriya, Ekvador, Fransa, Xorvatiya, Qazaxıstan, Misir, Yunanıstan və Şimali Makedoniyada saxlanılıb.

Saxlanılan şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin ölkəyə qanunsuz gətirilməsi, qəsdən adamöldürmə, dələduzluq, hədə-qorxu, pul saxtalaşdırılması, insan alveri, fahişəliyə cəlb etmə, qaçaqmalçılıqla mübarizə qanununun tələblərinin pozulması və və digər cinayətləri törətmək məqsədilə axtarışda olduqları müəyyən edilib.(report)
Xəbəri paylaş