Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın ABŞ-dakı səfiri cinayət məsuliyyətinə cəlb edilib

Ukraynanın ABŞ-dakı səfiri cinayət məsuliyyətinə cəlb edilib


Ukraynanın ABŞ-dakı hazırkı səfiri Olqa Stefanişin ucuz daşınmaz əmlak almaqda ittiham edilir.

Newscenter.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, Ukrayna hüquq-mühafizə orqanları tərəfindən Stefanişinaya qarşı istintaq onun Kiyevdə mənzil alması ilə əlaqədar aparılır və mənzilin qiyməti alış zamanı bazar dəyərindən xeyli aşağı hesablanıb. Səfirin özü isə ittihamları rədd edir. Lakin diplomat artıq Volodimir Zelenskiyə Vaşinqtonu tərk etməyə hazır olduğunu bildirib. Onun vəzifəsini Ukraynanın istefa verən Baş naziri Yuliya Svırıdenko tutacaq.

Səfir, keçmiş əri və ya onun biznesi ilə hər hansı əlaqəsini təkzib edib. Lakin 16 iyulda Ukraynanın Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun Stefanişinaya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açdığını bildirib. İttihamlar təsdiqini taparsa, o, altı ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Anar
Xəbəri paylaş