
Kamçatkada 6,0 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, hər iki halda da episentr regional paytaxtın cənub-şərqindəki sularda yerləşib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Tədqiqat Mərkəzinin Kamçatka şöbəsi məlumat verib.
Təkanlar iyulun 15-də 6 dəqiqə fərqlə qeydə alınıb.
6.0 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 210 km məsafədə, 64.6 km dərinlikdə yerləşib. 5.7 bal gücündə zəlzələ şəhərdən 206 km məsafədə, 72 km dərinlikdə qeydə alınıb.
Arzu













































