
İordaniya hava hücumundan müdafiə sistemləri krallığa yönəlmiş səkkiz İran raketini məhv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı bəyan edib.
Açıqlamada deyilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ya maddi ziyan dəyməyib.
Qeyd edək ki, Amerikanın İrana qarşı yenidən başlanan aviazərbələrinə cavab olaraq Tehran da öz növbəsində ABŞ-ın İordaniya, Bəhreyn və digər ölkələrdə mövcud olan hərbi bazalarını hədəf alır.
Anar













































