
Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Amasiyada qeydə alınıb.
İstanbuldan Orduya gedən E.V.-nin idarə etdiyi ikimərtəbəli sərnişin avtobusu, sürücünün sükanı itirməsi nəticəsində Amasiyanın Sarıköy ərazisində aşıb.
Qəza barədə məlumat verildikdən sonra hadisə yerinə polis, tibb və yanğınsöndürmə qrupları göndərilib. Qəzada avtobusda olan 46 nəfər yaralanıb.
Yaralılar təcili yardımla Merzifon, Amasiya, Suluova və Gümüşhacıköydəki xəstəxanalara aparılıblar.
Anar













































