
Belçikada iyun ayının sonu və iyulun əvvəlində həddən artıq istilərdən ölənlərin sayının normal dövrlə müqayisədə 2000-dən çox artdığı bildirilir.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, Belçika Səhiyyə İnstitutu tərəfindən açıqlanan məlumatlara görə, isti dalğasının təsirləri bitdikdən sonra da istidən ölüm halları davam edib.
Ötən həftə 18 iyun-3 iyul tarixləri arasında ölkədə isti dalğasından əlavə 48% ölüm nisbəti göstərən rəqəmlərini yeniləyən qurum, Valloniyanın isti dalğasından ən çox təsirlənən bölgə olduğunu açıqlayıb.
Bölgədə ölüm nisbəti normal səviyyələrlə müqayisədə 77 faiz artəb. Brüsseldə əlavə 188 ölüm hadisəsi, Flamand bölgəsində isə 768 ölüm hadisəsi qeydə alınıb.
Keçən həftənin məlumatları isti hava dalğası səbəbindən əlavə 1747 ölüm hadisəsinin baş verdiyini və bu, əlavə ölüm nisbətinin 47,8 faiz olduğunu göstərir.
2020-ci ilin avqust ayındakı əsas isti hava dalğası zamanı ölkədə 1557 ölüm hadisəsi baş verib ki, bu da ölüm nisbətinin 37,5 faiz olduğunu göstərir.
Anar












































