Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyada temperatur 50 dərəcəyə çatacaq

İspaniyada temperatur 50 dərəcəyə çatacaq


İspaniyanın dövlət meteorologiya agentliyi yaxın illərdə ölkədə temperaturun 50 dərəcəyə çatma ehtimalını istisna etməyib.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Xose Anxel Nunez bildirib.

O bildirib ki, 50 dərəcə temperatur yaxın illərdə krallığın bəzi hissələrində qeydə alına biləcək. Ekspert əlavə edib ki, əslində, ötən həftə Qvadalkvivir çayı vadisində temperaturun 50 dərəcə Selsi olacağı proqnozlaşdırlııb. Lakin proqnozlaşdırılan istilik intensivliyi azalıb.

O əlavə edib ki, yaxın gələcəkdə temperaturun bu səviyyəyə yüksəlməsi mümkündür, baxmayaraq ki, dəqiq bir zaman çərçivəsi vermək mümkün deyil.

Qeyd edək ki, 2026-cı ilin birinci yarısı İspaniyada son 65 ildə ən isti olduğu bildirilib. 2021-ci ildə İspaniya temperatur rekordu qırıb. Avqust ayında ölkənin cənubundakı La Ramblada civə sütunu 47,6 dərəcəyə çatıb.

Anar
Xəbəri paylaş