
Türkiyədə sərnişin avtobusunun iştirakı ilə daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, hadisə Əskişəhərdə qeydə alınıb. Məlumata görə, C.Y.-nin idarə etdiyi sərnişin avtobusu Əskişəhər-Kütahya magistral yolunda xəndəyə aşıb.
Məlumatdan sonra hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.
İlkin məlumatlara görə, qəzada 24 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Anar












































