Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və İndoneziya üzən atom elektrik stansiyaları yaradır

Rusiya və İndoneziya üzən atom elektrik stansiyaları yaradır


Rusiya və İndoneziya üzən atom elektrik stansiyaları (ÜAES) donanmasının yaradılması ilə bağlı danışıqların ilkin mərhələsindədirlər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov deyib.

O qeyd edib ki, nüvə məsələsi həm enerji, həm də qeyri-enerji sahələrində İndoneziya ilə münasibətlərdə çox perspektivli bir sahədir. Lakin hazırda konkret müqavilələr yoxdur.

Tolçenov vurğulayıb ki, buna görə də, biz gözləmə vəziyyətindəyik:

"Danışıqlara başlamağa hazırlaşırıq, amma hələlik ölkə prezidentindən nüvə enerjisinin və ya, məsələn, İndoneziyada ilk atom elektrik stansiyasının tikilib-tikilməyəcəyi ilə bağlı son qərarı gözləyirik. Bu, baş verən kimi danışıqlara başlaya bilərik".

Arzu
Xəbəri paylaş