Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çində fırtına 13 nəfərin həyatına son qoyub

Çində fırtına 13 nəfərin həyatına son qoyub


Çilidə güclü yağış və fırtına nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətinin direktoru Alisiya Sebrian bildirib.

"Təəssüf ki, artıq 13 nəfər həlak olub. Yeddi nəfər hələ də itkin düşüb", - deyə o, bildirib.

Son məlumatlara görə, təbii fəlakətdən 22 mindən çox evə ziyan dəyib, bəziləri ciddi şəkildə zədələnib, 81 yaşayış binası isə tamamilə dağılıb. 87 min istehlakçı elektrik enerjisiz, 180 mindən çoxu isə susuz qalıb.

Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə yağıntı azalacaq.

Anar
Xəbəri paylaş