
Türkiyənin energetika naziri Alparslan Bayraktar Moskvada Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, görüşdə təbii qaz təchizatı və Türkiyənin ilk nüvə elektrik stansiyası olan Akkuyunun tikintisi də daxil olmaqla ikitərəfli əməkdaşlığı dair bir çox məsələlər müzakirə edilib.
Türkiyəli nazir çıxışında deyib ki, Novakla görüşdə Türkiyə və Rusiyanın enerji gündəliyi hərtərəfli müzakirə olunub:
"Təbii qaz sektorundakı əməkdaşlığımızı və Akkuyu nüvə elektrik stansiyası layihəsində əldə edilən irəliləyişi nəzərdən keçirdik. Mövcud layihələrin daha da inkişaf etdirilməsi və ortaq gündəliyimizə yeni əməkdaşlıq sahələrinin əlavə edilməsi barədə fikir mübadiləsi apardıq. Qarşıdakı dövrdə dəyişən qlobal dinamikaya cavab verən və qarşılıqlı fayda yaradan yeni enerji dialoqunun inkişafına diqqət yetirməyə davam edəcəyik".
Süleyman












































