Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

600-dən çox müəllimin şəxsi məlumatları satınalma elanına yerləşdirilib

600-dən çox müəllimin şəxsi məlumatları satınalma elanına yerləşdirilib


Qazaxıstanda arzuedilməz hadisə baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Şərqi Qazaxıstanda 600-dən çox müəllimin şəxsi məlumatları satınalma elanında dərc edilib

Belə ki, Şərqi Qazaxıstan vilayətinin Ulan rayonunda 600-dən çox müəllimin şəxsi məlumatları dövlət satınalma portalında əks olunub.

Rayondakı məktəblər və uşaq bağçaları məcburi tibbi müayinələr üçün elan etdikləri satınalama bildirişində işçilərin siyahıları, şəxsi məlumatları daxil edilib.

Prokurorluq bildirib ki, işçilərin profil məlumatları, vəzifələri, yaşayış ünvanları və şəxsi əlaqə telefon nömrələri ortaya çıxıb.

Qanun pozuntuları tamamilə aradan qaldırılıb və 611 işçinin qanunsuz dərc olunmuş məlumatları silinib. Günahkar mütəxəssislər məsuliyyətə cəlb ediliblər.

Süleyman
Xəbəri paylaş