
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ofisi iyun ayının əvvəlindən bəri təxminən 200 işçisini işdən çıxarıb.
Newscenter.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Amerika administrasiyası tərəfindən Konqresə təqdim edilən məlumatlara istinadən məlumat yayıb. Bildirilib ki, işdən çıxarılan MKİ işçiləri başqa qurumlara təyinat alıblar.
Qəzet qeyd edir ki, son həftələrdə Mərkəzi Kəşfiyyat İdarəsi Ofisində aparılan ixtisarlar əvvəllər bildirildiyindən daha geniş miqyaslı olub. Qəzetin məlumatına görə, işçilərin ümumi sayı Donald Trampın ikinci müddətinin əvvəlində təxminən 2000 nəfər olduğu dövrdən təxminən yarıya qədər azaldılıb.
Anar













































