Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ 21-ci sanksiya paketinə 3100 nəfəri daxil edib

Aİ 21-ci sanksiya paketinə 3100 nəfəri daxil edib


21-ci sanksiya paketinin tətbiqindən sonra Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi fərd və təşkilatların qara siyahısı 3100-ə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Aİ sanksiyaları praktikasında rekord hədd təşkil edir.

Sanksiya siyahısına 48 fiziki şəxs və 168 hüquqi şəxs daxildir.

Siyahıya iş adamı Mixail Qutseriyev, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev, Rusiya Olimpiya Komitəsinin keçmiş rəhbəri (2018-2024) Stanislav Pozdnyakov və Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili, "Dialog" qeyri-kommersiya təşkilatının baş direktoru və Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının rəhbəri Vladimir Tabak, "Vostok" Elmi-Texniki Mərkəzinin baş direktoru Andrey Doronin,
"Piranha" SDC-nin təsisçisi Olga Korchagina və s. daxildir.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozyorov, "Qazprom-Media Holdinq"in baş direktoru Aleksandr Jarov da saksiyalara məruz qalanlar sırasındadır.

Anar
Xəbəri paylaş