
Yer kürəsində bir ay ərzində ikinci maqnit fırtınası müşahidə olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Qurum bildirib ki, proses cümə günü günorta saatlarına qədər davam edə bilər.
Bu hadisənin bir ay ərzində baş verən ikinci maqnit fırtınası olduğu vurğulanır. Bəyanatda qeyd olunur ki, hadisə rekord həddə deyil, yalnız G1, minimum səviyyədədir.
Proqnoza görə, fırtına Moskva vaxtı ilə 24 iyul günorta saatlarına qədər davam edə bilər.
Anar













































