
Qazaxıstanda ətin qiyməti qalxıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, məsələ ilə bağlı Baş nazirin müavini Serik Jumangarin ət məhsulları bazarının ətraflı təhlilini aparmağı tapşırıb.
Rəsmi məlumatlara görə, son bir həftə ərzində pomidor 15,1, xiyar 18,2, yerkökü 5,2 və yumurta 2,4 faiz ucuzlaşıb. Lakin quzu ətinin 2, at ətinin 1,3 və qiymə ətinin 0,6 faiz qiyməti artıb.
Bu baxımdan, Baş nazirin müavini - Milli İqtisadiyyat naziri Serik Jumangarin hökumətin gələcək tədbirlərini müəyyən etmək üçün istehsal həcmləri, daxili istehlak və ixrac tədarükü nəzərə alınmaqla ət və ət məhsulları istehsalı bazarının ətraflı təhlilini aparmağı tapşırıb.
"Qiymətlərin əhəmiyyətli dərəcədə artması halında bütün təchizat zəncirini təhlil etmək və artımın səbəbini aradan qaldırmaq lazımdır. Müvafiq nazirliklərə və akimliklərə iri topdansatış təchizatçıları və idxalçıları ilə görüşlər keçirməyi, mövcud maneələri müəyyən etməyi və qiymət sabitliyini təmin etmək üçün əks öhdəliklərin məcburi qəbul edilməsi ilə zəruri dövlət dəstəyi tədbirləri hazırlamağı tapşırıram", - deyə Jumangarin xüsusi iclasda bildirib.
O bildirib ki, gələcəkdə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətlərini qorumaq üçün də tədbirlər görüləcək.
Süleyman












































