
Gürcüstanda elektrik enerjisi təminatında ciddi problem yaranıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, əsasən paytaxt Tbilisidə böyük elektrik kəsilməsi baş verib.
Şəhərin bir çox ərazisi qaranlığa qərq olub. Həmçinin, bəzi operatorlar da mobil rabitədə problemlər yaşayırlar.
Yerli medianın məlumatına görə isə təkcə paytaxt Tbilisi deyil, ümumilikdə ölkənin bir çox şəhərlərində elektrik enerjisi yoxdur. Hələlik bunun hansı səbəbdəb baç verdiyi ilə bağlı rəsmi açıqlama verilmir.
Süleyman












































