
Qazaxıstanın paytaxtı Astanada hava taksisinin nümayiş uçuşu həyata keçirilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hava taksisi ölçülərinə görə minik avtomobilinə bənzəyir və pilotla yanaşı beş sərnişini daşıya bilər.
Nəqliyyat vasitəsinin maksimal çəkisi 450 kq-a qədərdir. Maksimum sürət saatda 200 km-dir. Hava taksisi Çin şirkəti tərəfindən hazırlanıb. Uçuş hündürlüyü 300 metrdən 1200 metrə qədərdir.
Prezidentin köməkçisi Kuanışbek Yesekeyev təqdimat mərasimində deyib ki, pilotsuz uçuş idarəetməsinin və ümumiyyətlə aviasiyanın gələcəyi çox parlaqdır:
"Hava hərəkətliliyi üçün qanunvericilik bazası artıq yaradılıb. Eyni zamanda, uçuş təhlükəsizliyi bizim əsas prioritetimizdir. Təyyarələrin texnoloji etibarlılığını, rəqəmsal infrastrukturun qorunmasını və informasiya təhlükəsizliyini təmin etmək bizim üçün çox vacibdir".
Anar












































