Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron Gənclər Şəhərciyində Azərbaycan bayrağına hörmətsizlik-FOTOLAR

Abşeron Gənclər Şəhərciyində Azərbaycan bayrağına hörmətsizlik-FOTOLAR


Paytaxtın Abşeron rayonu ərazisində yerləşən Abşeron Gənclər Şəhərciyində Azərbaycan bayrağına biganə münasibət bəslənilir.

Newscenter.az-a şəhərcik sakinlərinin verdiyi məlumata görə, 2 aya yaxındır ki, şəhərcikdəki binaların birinin girişində dalğalanan üçrəngli bayrağımız kimlərsə tərəfindən oradan götürülərək lazımsız əşya kimi bir kənara atılıb.

Redaksiyamıza göndərilən fotolardan da aydın olur ki, bayraq təbiət hadisəsi, yaxud güclü külək səbəbindən kənara atılmayıb. Onu hansısa şəxs və ya Abşeron Gənclər Şəhərciyinin idarəçisi bina girişindən götürərək büküb bir kənara atıb. Şəhərcik sakinləri bayrağımıza göstərilən sayğısızlıqdan narahatçılıqlarını ifadə ediblər.

Süleyman
Xəbəri paylaş