
Berlinin mərkəzindəki Tiergarten park ərazisində avtomobilin naməlum şəxs tərəfindən bir qrup insanın üzərinə sürülməsindən sonra Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt təhdid yaradan şəxslər üçün elektron bilərziklərin istifadəsini və potensial terrorçuların profilaktik həbsi üçün vahid qaydaların tətbiqini zəruri sayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, nazir təhlükəsizliyi təmin etmək üçün üç istiqamətli tədbirlər paketi təklif edib:
"Elektron bilərziklərlə hərəkət azadlığının məhdudlaşdırılması potensial təhlükəli şəxslər üçün standart tədbirə çevrilməlidir".
Eyni zamanda, Almaniyanın daxili işlər naziri ölkə miqyasında təhlükə yaradan şəxslərin profilaktik həbsi üçün vahid qaydaların tətbiqini təklif edib.
"Təhdid yaradan şəxsləri cəmiyyətdən təcrid etmək üçün Almaniyada praktik olaraq tətbiq edilə bilən profilaktik həbs qaydaları lazımdır",-deyə nazir bildirib.
Anar












































