Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada zəlzələdən sonra 100-dən çox afterşok baş verib

Yaponiyada zəlzələdən sonra 100-dən çox afterşok baş verib


Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturası ərazisində 7,1 bal gücündə zəlzələdən sonra 100-dən çox afterşok baş verib.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Meteorologiya Administrasiyası məlumat verib. Qurumun məlumatına görə, Kumamoto bölgəsində 1,9-dan 6,1-ə qədər 113 təkrar zəlzələ qeydə alınıb.

Qeyd edək ki, 7.1 bal gücündə zəlzələ son illərdə ölkədə baş verən ən güclü zəlzələlərdən biri idi. Zəlzələnin yayılan enerjisindən daha çox, titrəmənin səthə təsirini ölçən Yaponiya zəlzələ intensivliyi şkalasında bu şkala maksimum 7.0 bal olaraq qiymətləndirilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 100-ü keçib.

Anar
Xəbəri paylaş