
Vaşinqton administrasiyası ABŞ və digər ölkələrdə təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırmaq məqsədi ilə yeni qaydalar tətbiq edib.
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Departamenti və ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, Biotibbi tədqiqatlar həyat qurtaran vaksinlərin və dərmanların, eləcə də digər tibbi nailiyyətlərin yaradılmasına gətirib çıxarıb. Lakin elmi tərəqqi heç vaxt ictimai təhlükəsizlik və ya milli təhlükəsizlik hesabına olmamalıdır.
Sənəddə həmçinin o da vurğulanır ki, yeni qaydalar düzgün nəzarət edilmədiyi və məhdudlaşdırılmadığı təqdirdə insan həyatı üçün təhlükə yarada biləcək təhlükəli gücləndirmə tədqiqatlarının qarşısını almağa və Amerika Birləşmiş Ştatlarının iqtisadi və milli təhlükəsizliyi üçün risklər yaratmağa yönəlib.
Yeni qaydalara görə, ABŞ federal vəsaitləri ABŞ-da və ya digər ölkələrdə aparılmasından asılı olmayaraq, təhlükəli funksiya qazanma tədqiqatlarını və ya digər bioloji risklərin yayılması ilə bağlı tədqiqatları dəstəkləmək üçün heç vaxt istifadə edilməməlidir. Bu cür tədqiqatlar üçün hər hansı federal dəstək qadağandır və adekvat təhlükəsizlik və nəzarət standartlarına malik olmayan ölkələrdə tədqiqatların maliyyələşdirilməsinə məhdudiyyətlər qoyulur.
Anar












































