Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Küveytdəki ABŞ pilotsuz təyyarələrinin bazasına zərbələr endirib

İran Küveytdəki ABŞ pilotsuz təyyarələrinin bazasına zərbələr endirib


İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdə Amerika dronlarının və aviasiya yanacaq çəninin yerləşdiyi bazalara zərbə endirib.

Newscenter.az xəbər verir ki, bu barədə İİKK mətbuat xidməti bildirib.

Məlumatda qeyd edilir ki, bu səhər "Qələbə 2" əməliyyatının bir hissəsi çərçivəsində Amerikanın Əli əl-Salim hava bazasına endirilən zərbə nəticəsində iki dron bazası və hərbi təyyarə, eləcə də helikopterlər üçün aviasiya yanacaq çəni məhv edilib.

İİKK vurğulayıb ki, Amerika infrastrukturuna zərbələr ABŞ regiondan tamamilə çıxarılana qədər davam edəcək.

Qeyd edək ki, ABŞ-İran münaqişəsində son eskalasiya mərhələsi 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İslam Respublikası ərazisinə bir neçə seriya zərbə endirib. Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib.

Anar
Xəbəri paylaş