
Türkiyənin Fövqəladə Halların İdaredilməsi Agentliyi (AFAD) 9 əyalətdə meşə yanğınları ilə mübarizə aparmaq üçün 3514 şəxsi heyət, 23 təyyarə, 54 helikopter və 1035 yerüstü nəqliyyat vasitəsi cəlb edib.
Newscenter.az AFAD-a istinadən bildirir ki. meşə yanğınları 23 təyyarə, 54 helikopter və 1035 nəqliyyat vasitəsi ilə söndürülür. AFAD-ın sosial media hesabında verilən açıqlamada, dünən Antalya, Çanaqqala, Manisa, Bursa, Muğla, Balıkəsir, İzmir, Kütahya və Aydında meşə yanğınlarının baş verdiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, hazırda Antalya şəhərinin Ayvacık və Çanaqqalanın mərkəzi rayonu, Kumluca, Kaş və Alanya, Manisanın Alaşehir, Bursa şəhərinin Gemlik rayonu, Kütahyanın Domaniç, Balıkəsir şəhərinin Edremit və Gömeç və Muğlanın Seydikemer ərazilərində baş verən meşə yanğınları ilə mübarizə səyləri, Milli Meşə Yanğınlarına Qarşı Mübarizə Planının bir hissəsi olaraq intensiv və davamlı olaraq həyata keçirilir.
Süleyman










































